Eksorizm nədir?
Eksorizm nədir?
Eksorizm, görünməyən bir varlığın təsiri altına girdiyi hesab edilən
şəxsin müxtəlif üsullarla bu təsirdən
qurtarılmasına deyilir. Bu termin, yüksək bir nüfuza baş vurularaq müsəllət
varlığın qarşısını almağa ya da lənətlənməsini
ifadə edir , qədim yunan dilində lanətə məruz qalmış adam deməkdir. Qədim
sivilzasiyaların əksəriyyətində , bir qrup insanın qəribə davranışlarına görə
onlar içinə cin ya da şeytan girdiyi hesab edilirdi və bu varlığı o şəxslərin bədənindən
çıxarmaq üçün , adətən ayin şəklində müxtəlif rituallar edilirdi. Bu cür
ritualları edənlər adətən okültizmdən ya
da sehrbazlığından anlayan mütəxəssislər ya da rahiblər olurdu. Xristian Avropa
da bu cür ritualları edənlərə ,eksorist adı verilmişdir. Eksoristlər, belə bir
varlığın müsəllət olduğu düşünülən , xəstə olduğunu qəbul edilən şəxsin bədənindən
çıxması üçün , görünməz varlığa çağırış
ayinlərini edirdilər.Pis qoxuların , tüstü , duz, müqəddəs su , müqəddəs ot
kimi maddələrin və rəqs elementinin edildiyi bu ayinlərdə ya lənət oxuma və küfr
etmə yoluna ya da dua və əlaqə yolu ilə çağırırdılar.
Kilsə ,xüsusilə inkvizisiya dövründə , bü hadisədə şeytani bir
ünsürün var olduğunu qəbul edərək , xəstə olduğu qəbul edilən şəxsin bədənindən
demon adını ( Şeytan) verdiyi varlığı çıxarmaq
məqsədilə tez- tez şəxsin bədəninə işgəncəyə daha çox üstün verirdilər.Kilsə bu dövrdə psixi
bacarıqları olan şəxslərin də eyni vəziyyəti edirdilər.
Eksorist praktikaları tarix boyunca yalnız Avropa da deyil, müxtəlif
formatlarda da olsa demək olar ki, bütün
mədəniyyətlərdə və bir çox dində ( Budizm, Hinduizm ,Şinto dini və s)
gorünürdü.Bu praktikalar əksəriyyətində bir qisim eksoristin , əlaqəyə keçərək
, görünməyən varlıqla ünsiyyət qurmağa çalışırdı. Ünsiyyət qurulması vəziyyətində
isə əsas olaraq iki oldan biri edilir: Ya müsəllət varlıq, Afrikadakı Zarlar mədəniyyətində
olduğu kimi , xəstə üzərindəki hakimiyyətini sona çatdırılması üçün razılaşmağa
çalışır, ya da Şamanizm də olduğu kimi , müsəllət varləq xəstənin bədənindən
zorla çıxarılmasıdır. Bu ikinci yolda Şamanın müsəllət varlığı ələ keçirmək
üçün güclü bir sehrbaz olması lazımdır.

Sağ olun
YanıtlaSil