Eksorizm nədir?

Eksorizm nədir?



Eksorizm, görünməyən bir varlığın təsiri altına girdiyi hesab edilən şəxsin müxtəlif üsullarla  bu təsirdən qurtarılmasına deyilir. Bu termin, yüksək bir nüfuza baş vurularaq müsəllət varlığın qarşısını almağa  ya da lənətlənməsini ifadə edir , qədim yunan dilində lanətə məruz qalmış adam deməkdir. Qədim sivilzasiyaların əksəriyyətində , bir qrup insanın qəribə davranışlarına görə onlar içinə cin ya da şeytan girdiyi hesab edilirdi və bu varlığı o şəxslərin bədənindən çıxarmaq üçün , adətən ayin şəklində müxtəlif rituallar edilirdi. Bu cür ritualları edənlər  adətən okültizmdən ya da sehrbazlığından anlayan mütəxəssislər ya da rahiblər olurdu. Xristian Avropa da bu cür ritualları edənlərə ,eksorist adı verilmişdir. Eksoristlər, belə bir varlığın müsəllət olduğu düşünülən , xəstə olduğunu qəbul edilən şəxsin bədənindən çıxması üçün , görünməz varlığa  çağırış ayinlərini edirdilər.Pis qoxuların , tüstü , duz, müqəddəs su , müqəddəs ot kimi maddələrin və rəqs elementinin edildiyi bu ayinlərdə ya lənət oxuma və küfr etmə yoluna ya da dua  və  əlaqə yolu ilə çağırırdılar.

Kilsə ,xüsusilə inkvizisiya dövründə , bü hadisədə şeytani bir ünsürün var olduğunu qəbul edərək , xəstə olduğu qəbul edilən şəxsin bədənindən demon adını ( Şeytan) verdiyi varlığı çıxarmaq  məqsədilə tez- tez şəxsin bədəninə işgəncəyə daha çox  üstün verirdilər.Kilsə bu dövrdə psixi bacarıqları olan şəxslərin də eyni vəziyyəti edirdilər.


Eksorist praktikaları tarix boyunca yalnız Avropa da deyil, müxtəlif formatlarda  da olsa demək olar ki, bütün mədəniyyətlərdə və bir çox dində ( Budizm, Hinduizm ,Şinto dini və s) gorünürdü.Bu praktikalar əksəriyyətində bir qisim eksoristin , əlaqəyə keçərək , görünməyən varlıqla ünsiyyət qurmağa çalışırdı. Ünsiyyət qurulması vəziyyətində isə əsas olaraq iki oldan biri edilir: Ya müsəllət varlıq, Afrikadakı Zarlar mədəniyyətində olduğu kimi , xəstə üzərindəki hakimiyyətini sona çatdırılması üçün razılaşmağa çalışır, ya da Şamanizm də olduğu kimi , müsəllət varləq xəstənin bədənindən zorla çıxarılmasıdır. Bu ikinci yolda Şamanın müsəllət varlığı ələ keçirmək üçün güclü bir sehrbaz olması lazımdır.



Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Qədim Misir haqqında daha əvvəl eşitmədiyimiz 25 maraqlı məlumat

Çernobıl faciəsi